04 İyul 2024
Azərbaycanda yüksək bal toplayan şagird faciəvi şəkildə ÖLDÜ - FOTO

Azərbaycanda yüksək bal toplayan şagird faciəvi şəkildə ÖLDÜ - FOTO

13 May 2024
Baxış: 302

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)