21 May 2024
ABŞ-dən sonra Almaniya da İsrailə hərbi yardımı dayandırmaq İSTƏYİR

ABŞ-dən sonra Almaniya da İsrailə hərbi yardımı dayandırmaq İSTƏYİR

10 May 2024
Baxış: 301

ABŞ lideri Co Bayden Rəfada əməliyyata başladığına görə İsrailə hərbi yardımı dayandıracaqlarını açıqladıqdan sonra Almaniya hökuməti də bu məsələni müzakirə etməyə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-də səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

"Hazırda bununla bağlı məsləhətləşmə aparılır. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil ", - deyən Pistorius bu məsələdə məsuliyyətin ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşdüyünü bildirib. (Sfera.az)