06 May 2024
Hafiz Əliyev VƏFAT ETDİ - FOTO

Hafiz Əliyev VƏFAT ETDİ - FOTO

24 Aprel 2024
Baxış: 315

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

AJMEDİA.İNFO Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.