15 May 2024
Minaya düşən hərbi qulluqçunun kimliyi AÇIQLANDI

Minaya düşən hərbi qulluqçunun kimliyi AÇIQLANDI

29 Aprel 2024
Baxış: 260

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.