20 May 2024
İki rayonun qazı kəsiləcək - XƏBƏRDARLIQ!

İki rayonun qazı kəsiləcək - XƏBƏRDARLIQ!

10 May 2024
Baxış: 285

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə-Çiçək yaşayış massivinin, Sulutəpə və Xocahəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.