20 May 2024
İşsiz və işaxtaranların DİQQƏTİNƏ! - Yeni qanun GƏLİR

İşsiz və işaxtaranların DİQQƏTİNƏ! - Yeni qanun GƏLİR

10 May 2024
Baxış: 278

Azərbaycanda işsiz və işaxtaran şəxslərlə bağlı yeni qanun layihələri hazırlanacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək İşsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.