21 May 2024
Sürücülərin NƏZƏRİNƏ!: Bu yol BAĞLIDIR

Sürücülərin NƏZƏRİNƏ!: Bu yol BAĞLIDIR

10 May 2024
Baxış: 302

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır. Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.