06 May 2024
İsrailin müdafiə naziri: "Hizbullah komandirlərinin yarısı məhv edilib"

İsrailin müdafiə naziri: "Hizbullah komandirlərinin yarısı məhv edilib"

24 Aprel 2024
Baxış: 327

İsrailin müdafiə naziri Yoav Qallant "Hizbullah" komandirlərinin yarısının öldürüldüyünü bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Nazir qeyd edib ki, komandirlərin sağ qalanları isə gizləniblər.

Onun sözlərinə görə, İsrailin şimaldakı əsas məqsədi "Hizbullah"ın gündəlik hücumları fonunda onminlərlə köçkün israillini öz evlərinə qaytarmaqdır: “Biz bunun üçün bir sıra alternativlərdən istifadə edirik. Qarşıdakı dövr bu baxımdan həlledici olacaq”.(report)