06 May 2024
“Messidən daha yaxşı idim” - “Trabzonspor”un futbolçusu

“Messidən daha yaxşı idim” - “Trabzonspor”un futbolçusu

26 Aprel 2024
Baxış: 261

“Trabzonspor”un Şimali Makedoniyalı futbolçusu Enis Bardi İspaniyada oynadığı zaman Messidən daha yaxşı cərimə zərbələri statistikasına malik olduğunu bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə “Trabzonspor” jurnalına müsahibə verib.

Futbolçu müsahibəsində Messidən daha yaxşı oynadığını deyib: “İspaniyada oynadığım zaman Messidən daha yaxşı cərimə zərbəsini vururdum. Deyək ki, bu, bir az həqiqəti olan zarafatdır. Belə müqayisələr edəndə özümü çox yaxşı hiss edirəm və qürur duyuram”.