15 May 2024
Ramzan Kadırovun 16 yaşlı oğluna daha bir VƏZİFƏ VERİLDİ

Ramzan Kadırovun 16 yaşlı oğluna daha bir VƏZİFƏ VERİLDİ

29 Aprel 2024
Baxış: 256

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində Şeyx Mənsur batalyonuna və Rusiya Qvardiyasının tərkibində Baysanqur Benoyevski batalyonuna rəhbərlik edir.