04 May 2024
İsrail və HƏMAS bu gün əsir mübadiləsi razılaşmasını MÜZAKİRƏ EDƏCƏK

İsrail və HƏMAS bu gün əsir mübadiləsi razılaşmasını MÜZAKİRƏ EDƏCƏK

25 Aprel 2024
Baxış: 252

İsrail Müharibə Şurası və genişləndirilmiş İsrail Siyasi və Təhlükəsizlik Nazirləri Şurası bu gün HƏMAS ilə əsir mübadiləsi sazişinin yeni müddəaları ilə bağlı danışıqlar aparacaq.

AJMEDİA.İNFO xəbər verir ki, İsrailin dövlət televiziyası "KAN"ın məlumatına görə, genişləndirilmiş İsrail Siyasi və Təhlükəsizlik Nazirləri Şurası və İsrail Hərbi Şurası yeni məhbus mübadiləsi sazişinin müddəalarını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində mümkün hərbi əməliyyatı müzakirə etmək üçün görüşəcək.

Bildirilib ki, yeni təşəbbüs İsrail ordusu, xarici kəşfiyyat agentliyi Mossad və daxili təhlükəsizlik agentliyi Şin-Bet (Şabak) tərəfindən hazırlanıb.

Xəbərdə qeyd olunub ki, dünən Qahirədə İsrail Baş Qərargah rəisi Herzi Halevi, Daxili Təhlükəsizlik Agentliyinin Şin-Bet (Şabak) direktoru Ronen Bar və Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil tərəfindən keçirilən görüşdə əsir düşən şəxslərin geri qaytarılması üçün razılığın əldə edilməsi üçün yeni təşəbbüs müzakirə edilib.

İsrailin "Walla" xəbər saytındakı adı açıqlanmayan səlahiyyətliyə əsaslanan xəbərdə, İsrail Hərbi Şurasının Qəzzada Həmas tərəfindən qaçırılan israillilərin azad edilməsi üçün yeni bir razılaşma əldə etmək üçün yeni cəhdlər edəcəyi bildirilib.