06 May 2024
Yeniyetmə oğlan 4 yaşlı əmisi qızını boğazını kəsərək QƏTLƏ YETİRDİ - DƏHŞƏTLİ HADİSƏ

Yeniyetmə oğlan 4 yaşlı əmisi qızını boğazını kəsərək QƏTLƏ YETİRDİ - DƏHŞƏTLİ HADİSƏ

24 Aprel 2024
Baxış: 366

Türkiyədə dəhşətli hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Kahramanmaraşda 4 yaşlı Sultan Akgül (4) əmisi oğlu A.A. (14) tərəfindən boğazı kəsilərək öldürülüb.


Hadisə ötən gün Elmalar rayonu ərazisində baş verib.


İtkin qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi jandarmaya xəbər verib. Xəbər üzərinə jandarma qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb.


Araşdırmalar zamanı qruplar Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar ediblər. Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb.


Dindirilməsi zamanı ona daş atdığı üçün öldürdüyünü deyən A.A., həbs edilərək həbsxanaya salınıb.(Bakupost)