15 May 2024
Qazaxda mina partladı - 1 nəfər...

Qazaxda mina partladı - 1 nəfər...

29 Aprel 2024
Baxış: 283

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib, xəsarət alan var.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

Minaya düşən şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu ehtimal edilir.