29 Aprel 2024
“Düzdür, bir az qocadır, amma…” – Bu klub Ronaldo ilə danışıq aparır

“Düzdür, bir az qocadır, amma…” – Bu klub Ronaldo ilə danışıq aparır

20 Dekabr 2022
Baxış: 330

Fransanın “Olimpik Marsel” klubunun sabiq müdafiəçisi, hazırda Marsel təmsilçisinin səfiri qismində fəaliyyət göstərən Bazil Boli yayada Kriştiano Ronaldo ilə əlaqə saxladıqlarını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, “BeIN Sports” onun dediklərini belə çatdırıb:

“Bəli, Ronaldo ilə danışıq aparmışıq. Fikrimcə, Fransa çempionatına nələrsə vermək üçün “Olimpik”ə keçməyə dəyərdi. Düzdür, bir az qocalıb, amma hələ də Liqa 1-də rəqiblərinin ürəyinə qorxu salacaq gücdədir. Həm də o, Kriştiano Ronaldodur, brenddir axı”.

Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”dən ayrılandan sonra klubsuzdur.

(fanat.az)