29 Aprel 2024
Daha bir QİYMƏT ARTIMI - Onlar da bahalaşdı

Daha bir QİYMƏT ARTIMI - Onlar da bahalaşdı

11 Aprel 2022
Baxış: 657

Son bir ay ərzində avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətləri təqribən 20 faiz artıb. Bu faktı həm sürücülər, həm də avtoyuma məntəqələrinin işçiləri təsdiqləyiblər.

AJMEDIA.INFO xəbər verir ki, bahalaşmanın səbəbi xərclərin artması ilə əlaqələndirilirb. Avtomobil sürücüləri “Xəzər Xəbər”ə deyiblər ki, avtoyuma məntəqələrində göstərilən xidmətlərin qiymətində təqribən 20 faizlik artım var. Kiçikhəcmli avtomobillərin yuyulması 5 manatdan 6 manata, irihəcmli avtomobillərin yuyulma qiyməti isə 10 manatdan 12 manata qədər artıb.

Çəkiliş aparılan avtoyuma mənqətələrində də yeni qiymətlərin olduğu təsdiqlənib. Bildiriliib ki, hazırda şəhərdə əksər avtoyuma məntəqələrində kiçik avtomobillər 6 manata yuyulur.

Qiymət artımının səbəblərindən danışan avtoyuma işçisi deyib ki, bahalaşma həm müvafiq şampunların, dərmanların, həm də suyun qiymətinin son artımından sonra baş verib.

Digər avtoyuma məntəqələrində də deyilib ki, xidmət haqqının artımı xərclərin yüksəlməsi ilə əlaqəlidir. NOCOMMET