01 İyul 2024
ANS TV yeni adla efirə QAYIDIR - RƏSMİ

ANS TV yeni adla efirə QAYIDIR - RƏSMİ

14 İyul 2021
Baxış: 907

Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-dan AJMEDİA.İNFO-ya verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.

Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.

Qeyd edək ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər. ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı təsdiqləyib.(modern.az)

Teqlər: ANS kanalı