Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
4 saat əvvəlZaur Əliyevə yüksək vəzifə verildi - FOTO
10 Mart 2025 16:50 | Baxış sayı: 235
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
AJMEDİA.İNFO banker.az-a istinadən xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin sərəncamı ilə Əliyev Zaur Valeh oğlu başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əliyev Zaur Valeh oğlu 22 noyabr 1976-cı ildə Goranboy şəhərində dünyaya gəlib. O, Azərbaycan Texnologiya Universitetinin məzunudur, müxtəlif vəzifələrdə çalışıb.
Yeni təyinatından öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyib.