29 Aprel 2025
Bu il otellərdəki yerlərin 80%-dən çoxu boş qalıb

Bu il otellərdəki yerlərin 80%-dən çoxu boş qalıb

Bu il otellərdəki yerlərin 80%-dən çoxu boş qalıb

29 Aprel 2025 08:00 | Baxış sayı: 272

Bu ilin ilk 3 ayı ərzində otel və otel tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artaraq 868,3 min olub.
AJMEDIA.INFO açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 58,2%-i Bakıda, 10%-i Qusarda, 5,4%-i Qəbələdə, 4,8%-i Şabranda, 4,3%-i Naftalanda, 3,1%-i Qubada, 2,6%-i Lənkəranda, 1,5%-i Şamaxıda, 1%-i Ağdamda, 1%-i Naxçıvanda, 1%-i Şuşada və 7,1%-i digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,9% artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8%-ini təşkil edir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5%-i Bakıda, 12,7%-i Qusarda, 3,5%-i Naftalanda, 2,7%-i Qəbələdə, 1,8%-i Qubada, 0,4%-i Şamaxıda, 1,4%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.

2025-ci ilin yanvar-mart aylarında otellərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1% artaraq 125,1 milyon manat olub ki, onun da 58,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28%-i ictimai iaşə xidmətlərindən, 3,1%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-mart aylarında otel və otel tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3% olub (2024-cü ilin yanvar-mart aylarında 17,8%).//yeniavaz.com

Teqlər:
hotel