Azərbaycanda hərbçi CANINA QIYDI
41 dəqiqə əvvəlTürkiyənin hərbi nəqliyyat təyyarələri İslamabada endi
28 Aprel 2025 09:00 | Baxış sayı: 287
Hindistan-Pakistan münaqişəsinin kəskinləşməsi fonunda Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarələri Pakistana gedərkən görüntülənib.
AJMEDİA.İNFO xəbər verir ki, bunu "Flightradar" xidmətinin məlumatları sübut edir.
Pakistan insayderlərinin məlumatına görə, Türkiyənin "6 C-130 Hercules" nəqliyyat təyyarəsi İslamabaddakı aviabazaya eniş edib.
Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən ölümcül terror aktından sonra iki ölkə arasında gərginlik artıb. KİV-in məlumatına görə, 2025-ci il aprelin 22-də silahlılar bir qrup turisti atəşə tutub. Hindistanın baş naziri Narendra Modi faciəni regionu məhv etməyə çalışan terror sponsorlarının çarəsizliyinin ifadəsi kimi qiymətləndirib. Hindistan hakimiyyəti günahkarları məsuliyyətə cəlb edəcəklərini vəd edib.
Eyni zamanda, Pakistan artilleriya bölmələrini Hindistan sərhəd zonasına yerləşdirilməsini sürətləndirib: müşahidəçilər faktiki nəzarət xəttindən 80 km aralıda 155 mm-lik SH-15 özüyeriyən haubitsaların sütunlarını qeydə alıblar.//publika.az