Azərbaycanda hərbçi CANINA QIYDI
37 dəqiqə əvvəl"Titanik" sərnişininin məktubunun məzmunu AÇIQLANDI
28 Aprel 2025 10:47 | Baxış sayı: 207
"Titanik" sərnişininin məktubunun məzmunu açıqlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, "The Guardian"ın məlumatına görə, "Titanik" gəmisinin sərnişininə məxsus məktub auksionda 400 min dollara satılıb.
1912-ci il aprelin 10-na aid olan bu açıqca birinci dərəcəli sərnişin - polkovnik Arçibald Qreysə məxsus olub. O, məktubunda "Titanik" haqqında təəssüratlarını bölüşüb: "Bu, möhtəşəm bir gəmidir, amma səfərimin sonunu gözləyəcəyəm, sonra onun haqqında mühakimə yürüdəcəyəm", - deyə Qreys yazıb.
Nəşrin qeyd etdiyi kimi, məktub hazırkı satıcının babasının əmisi tərəfindən alınıb. O, Qreyslə Londondakı "Uoldorf" otelində tanış olub və bu açıqcanı ondan alıb. "Titanik"dən sağ qurtulan sərnişinlərin məktubları nadir hallarda satışa çıxarılır. Üstəlik, bu məktub indiyə qədər heç vaxt satışa təqdim olunmayıb.