Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə DAVA - TƏFƏRRÜAT
19 dəqiqə əvvəl"Tamstore"da müdir xanım işçini döydü - VİDEO
28 Aprel 2025 13:50 | Baxış sayı: 169
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Tamstore" mağazalar şəbəkəsində döyülmə hadisəsinin baş verdiyi iddia olunur.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı milli.az-a şikayət daxil olub.
Şikayətçi Elmira Aslanovanın sözlərinə görə, mağazada onu döyüblər:
"Rəhbərlikdən dəfələrlə xahiş etdim ki, mümkündürsə, yerimi dəyişsinlər.İşlədiyim 1 il ərzində bu baş tutmadı. Birlikdə işlədiyim xanım mənə kömək etmirdi. Bununla bağlı ona irad bildirəndə deyirdi ki, müdir mənim daydayımdı, arxamda durub. Bu durum məndə əsəb yaradırdı. Bütün işləri tək görürdüm.Yerdəyişmə ilə bağlı mağaza müavininə müraciət etdim, mənə ofisə yaxınlaşmalı olduğumu dedi. Ofisə yaxınlaşıb şikayətimi bildirdim. Ofisdən dedilər ki, bu, mağazadaxili məsələdir. Bundan sonra hər şey daha da pisləşdi.Müdir şikayət etdiyimi biləndən sonra məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Onun səsini yazmağa başladım.Bildi, səs tonunu aşağı saldı. Telefonu əlimdən alıb videonu, səsi silmək istədilər.Telefonumu götürüb qaçmağa çalışdım. Müdir o anda boğazımdan tutaraq mənə xəsarət yetirdi.Telefonum da yerə düşdü. Həm özüm zədələndim, həm də telefonum yararsız hala düşdü".
Məsələ ilə bağlı sayta açıqlama verən mağaza müdiri Mirdamət Məmmədov baş verənləri təkzib edib:
"Elmira xanım mühafizəçinin üstünə hücum çəkirdi. Ona mane oldum. Mübahisənin nəyə görə olduğunu bilmirəm,sadəcə Elmira xanım elə düşünürmüş ki, onu işdən çıxarmaq istəyirəm. Ona xəsarət yetirməmişəm. O xanıma mağazada heç kim xəsarət yetirməyib. Sadəcə onu tutub saxlamışam. Videogörüntülərdə də bu var. Sonra Elmira xanım yıxıldı, mən də ehtiyatsızlıqdan onun üstünə yıxıldım".
Qeyd edək ki, polis faktla bağlı araşdırmalara başlayıb.