28 Aprel 2025
2025- ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində “Kouçinq və mentorluqda ən yaxşı təcrübələr” adlı Birinci Beynəlxalq Bakı Sammiti keçirilib - FOTOLAR

2025- ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində “Kouçinq və mentorluqda ən yaxşı təcrübələr” adlı Birinci Beynəlxalq Bakı Sammiti keçirilib - FOTOLAR

2025- ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində “Kouçinq və mentorluqda ən yaxşı təcrübələr” adlı Birinci Beynəlxalq Bakı Sammiti keçirilib - FOTOLAR

28 Aprel 2025 15:03 | Baxış sayı: 310

2025- ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində “Kouçinq və mentorluqda ən yaxşı təcrübələr” adlı Birinci Beynəlxalq Bakı Sammiti keçirilib.

Tədbir “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM İB) təşəbbüsü, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Magen David International Center for Women birgə tərəfdaşlığı və rəsmi tərəfdaşımız Beynəlxalq Kouçinq Federasiyasının (ICF) Azərbaycan Bölməsinin, Türkiyə, İsrail, Qırğızıstandan peşəkar mentorlar, millət vəkilləri və sahibkar qadınların, ümumilikdə 80 nəfərin iştirakı ilə təşkil olunub.

Sammitin əsas keçirilmə məqsədi kouçinq və mentorluq sahəsində çalışan peşəkarları, eləcə də liderlik bacarıqlarını inkişaf etdirmək istəyən şəxsləri bir araya gətirərək, qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Tədbiri QİM İB-nin İdarə Heyətinin sədri, Magen David International Center for Women direktoru, biznes mentor və layihənin ideya müəllifi Aygün Əhmədova ,Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin icraçı direktoru Lalə Əhmədova, QİM İB-nin “Kouçluq mentorluq və psixoloji dəstək” departamentinin və bu layihənin rəhbəri Nigar Alıyevanın təqdimatı ilə başlanıb. Onlar müasir iş dünyasında, fərdi və peşəkar inkişafın əsas təkanverici güclərindən biri olan kouçinq və mentorluğun bu gün qadın liderlərin uğur qazanmasında həlledici rol oynadığını vurğulayıblar. Daha sonra tədbirdə iştirak edən fəxri qonaq - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova çıxış edərək ölkəmizdə müxtəlif sahələrdə qadınlarının fəallığının artırılmasının, biznes sahəsində də peşəkar təcrübələrin bölüşülməsinin təqdirəlayiq olduğunu vurğulamış,sammit iştirakçılarına uğur arzulamışdır. ICF Azərbaycan Bölməsinin sədri Ebru Kaya Caymaz və İdarə Heyəti, digər qonaq və spikerlər çıxış ediblər.

Tədbir sözügedən mövzulardan bəhs edən panel müzakirələrlə davam etdirilib.Tədbirin ikinci günündə 26 aprel sözü gedən mövzularda platforma yaradılıb.

Dəyərli Hicran xanıma və bütün əməyi keçən hər kəsə təşəkkür edirik.


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото

ajmedia.info