Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
3 saat əvvəlKəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT
28 Aprel 2025 17:21 | Baxış sayı: 167
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
AJMEDİA.İNFO Manşet.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.
Məlumatı FHN təsdiq edib.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə polkovnik İntiqam Axundlu Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilib.