28 Aprel 2025
Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

28 Aprel 2025 08:00 | Baxış sayı: 301

Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Ermənistan olub.
AJMEDIA.INFO məşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin orta qiyməti 0,32 avro (142 dram) təşkil edib.

Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Böyük Britaniya hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,16 avroya (0,99 funt-sterlinq) satılıb.

Avropa ölkələri arasında 2-ci sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,33 avro) bərabərdir.

Avropada LPG-nin Azərbaycan ilə eyni qiymətə olduğu ölkə Rusiyadır.

Aşağıdakı siyahıda Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib:

Ermənistan – 0,32 avro

Azərbaycan – 0,33 avro

Rusiya – 0,33 avro

Belarus – 0,37 avro

Gürcüstan – 0,54 avro

Albaniya – 0,58 avro

Türkiyə – 0,62 avro

Bolqarıstan – 0,64 avro

Lüksemburq – 0,65 avro

Polşa – 0,69 avro

Bosniya və Herseqovina – 0,70 avro

Rumıniya – 0,70 avro

Çexiya – 0,71 avro

Xorvatiya – 0,71 avro

Şimali Makedoniya – 0,72 avro

Belçika – 0,72 avro

Moldova – 0,73 avro

İtaliya – 0,73 avro

Ukrayna – 0,74 avro

Monteneqro – 0,75 avro

Slovakiya – 0,80 avro

İsveç – 0,82 avro

Sloveniya – 0,86 avro

Litva – 0,89 avro

Estoniya – 0,90 avro

Latviya – 0,90 avro

Serbiya – 0,91 avro

Macarıstan – 0,92 avro

Yunanıstan – 0,94 avro

İspaniya – 0,95 avro

İsveçrə – 0,97 avro

Portuqaliya – 0,97 avro

Fransa – 0,98 avro

İrlandiya – 1,00 avro

Almaniya – 1,05 avro

Niderland – 1,08 avro

Avstriya – 1,11 avro

Norveç – 1,14 avro

Böyük Britaniya – 1,16 avro

yeniavaz.com

Teqlər:
LPG