Vladimir Putin atəşkəs ELAN ETDİ
3 dəqiqə əvvəlİran Azərbaycan səfirliyinə hücum edən şəxsi edam etməyə hazırdır
28 Aprel 2025 11:56 | Baxış sayı: 158
Azərbaycan səfirliyinə hücumun günahkarının edam edilməsi üçün bütün hazırlıqlar tamamlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir Məhkəmə İslahatları Qərargahının iclası çərçivəsində bildirib.
Sözçü IRNA müxbirinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumun səbəbkarının taleyi ilə bağlı sualına cavab olaraq qeyd edib ki, məhkəmə bu hökmü icra etməyə hazırdır.
"Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də, məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib. Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər", - Əsgər Cahangir deyib.