28 Aprel 2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR

28 Aprel 2025 18:00 | Baxış sayı: 161

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə AMB məlumat yayıb.


Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, AMB-yə təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub.


Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozduğu üzə çıxıb. Bu səbəbdən də “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, “K Group”a münasibətdə təshih tədbirləri tətbiq edilib.


Qeyd edək ki, 2014-cü ildə yaradılan “K Group” MMC paytaxtın ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatorudur, nizamnamə kapitalı 23 milyon manatdır.