29 Aprel 2025
İsraildən HƏMAS-ın beşillik atəşkəs təklifinə REAKSİYA

İsraildən HƏMAS-ın beşillik atəşkəs təklifinə REAKSİYA

İsraildən HƏMAS-ın beşillik atəşkəs təklifinə REAKSİYA

29 Aprel 2025 11:59 | Baxış sayı: 200

İsrail HƏMAS-ın beşillik atəşkəs təklifini rədd edib.


AJMEDİA.İNFO xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalı bu barədə yüksəkvəzifəli Yerusəlim rəsmisinə istinadən məlumat yayıb.


İsrail rəsmisi vurğulayıb ki, öz növbəsində bir sıra ərəb ölkələri də Qəzza zolağında müharibənin beş il müddətinə dayandırılması təklifi ilə çıxış edirlər, lakin heç kim HƏMAS-ın atəşkəsdən yararlanaraq gələcəkdə İsraillə qarşı daha intensiv şəkildə müharibə aparmayacağına zəmanət verə bilməz.


Xatırladaq ki, bir neçə gün əvvəl HƏMAS sözçüsü "Reuters" agentliyinə bildirmişdi ki, təşkilat İsraillə Qəzza zolağında 5-7 il müddətinə atəşkəsə hazırdır, lakin təşkilat tərksilah olmayacaq.