29 Aprel 2025
Messi "Barselona"ya qayıtmaq istəmir - SƏBƏB

Messi "Barselona"ya qayıtmaq istəmir - SƏBƏB

Messi "Barselona"ya qayıtmaq istəmir - SƏBƏB

29 Aprel 2025 15:26 | Baxış sayı: 142

Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq istəmir.


AJMEDİA.İNFO xəbər verir ki, forvard Kataloniya klubunun rəhbərliyi ilə münasibətləri çətin olduğundan "blauqrana" ilə heç bir əlaqəsinin olmasını istəmir. Hələlik Messi komandanın forması ilə mümkün şərəf oyununda iştirak etməyi belə planlaşdırmır.


Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə “Qızıl top”u qazanıb.