Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
31 dəqiqə əvvəlCİA rəhbərlərindən birinin oğlu Ukraynada Rusiya tərəfdən DÖYÜŞÜB
29 Aprel 2025 12:13 | Baxış sayı: 200
Maykl Qloss ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yüksəkvəzifəli məmuru Culianna Qallina Qlossun oğlu idi. Lakin ABŞ yerinə Rusiya ordusunda vuruşmağı seçib və həyatını itirib.
AJMEDİA.İNFO "Bild"ə istinadən xəbər verir ki, Maykl Qloss 2024-cü ilin aprelində Baxmut istiqamətində Rusiya ordusunun əsgəri kimi həlak olub.
Məlumata görə, Qloss 2023-cü ildə ABŞ-nin Vermont ştatında təhsilini yarımçıq qoyaraq dünyanı gəzməyə başlayıb. İtaliya, İsrail (oradan deportasiya edilib) və Türkiyədən (zəlzələ qurbanlarına kömək edib) keçərək Rusiyaya gəlib.
2023-cü ilin sentyabrında Qloss Rusiya ordusuna qatılıb. O, İslamı qəbul edərək özünü Həmzə Əli adlandırıb.
Qlossun psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.