29 Aprel 2025
Meloni Putinin təklifi ilə razılaşmadı: Kifayət deyil

Meloni Putinin təklifi ilə razılaşmadı: Kifayət deyil

Meloni Putinin təklifi ilə razılaşmadı: Kifayət deyil

29 Aprel 2025 14:05 | Baxış sayı: 145

Rusiya Prezidenti Vladimir Putinin 9 may Qələbə günü münasibəti ilə elan etdiyi üç günlük atəşkəs kifayət deyil, Ukraynaya ədalətli və davamlı sülh lazımdır.

AHMEDİA.İNFO xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni bildirib.

Onun sözlərinə görə, İtaliya ABŞ Prezidenti Donald Trampın səylərini dəstəkləyir və Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan etməsindən məmnundur.

“Rusiya da bunu nümayiş etdirməlidir. Putinin İkinci Dünya müharibəsi qələbəsinin ildönümü ilə əlaqədar elan etdiyi üç günlük atəşkəs başqa bir şeydir, qeyri-kafidir. Sülh ədalətli və davamlı olmalıdır”, - Meloni deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən birtərəfli qaydada mayın 8-dən 10-a kimi davam etməsi planlaşdırılan üç günlük atəşkəs elan edib.