Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
2 saat əvvəlPakistan ordusu Hindistan PUA-sını vurdu
29 Aprel 2025 13:50 | Baxış sayı: 143
Pakistan ordusu bu gün Kəşmir bölgəsində nəzarət xəttini keçən Hindistanın casus pilotsuz təyyarəsini (PUA) vurduğunu açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Pakistan dövlət televiziyası məlumat yayıb.
Məlumatda deyilir ki, PUA Pakistan və Hindistanın nəzarətində olan ərazilər (Kəşmir) arasındakı nəzarət xəttini keçib.
Xatırladaq ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.
Hücumdan sonra iki nüvə dövləti bir-birinə qarşı bir sıra tədbirlər görüb, Hindistan su müqaviləsini dayandırıb, Pakistan hava məkanını “Air India” üçün bağlayıb.