Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
7 saat əvvəlXüsusi nümayəndə: Tayvana qarşı hərbi əməliyyat Pekinin qanuni variantıdır
19 Aprel 2023 19:56 | Baxış sayı: 539
Çin ordusunun Tayvana qarşı hərbi əməliyyat keçirməsi Pekinin qanuni variantıdır.
Bunu Çin hökumətinin Koreya yarımadası məsələləri üzrə xüsusi nümayəndəsi Liu Şiaminq TASS-a müsahibəsində bildirib.
Pekinin Tayvana qarşı xüsusi hərbi əməliyyatı mümkün hesab edib-etməməsi ilə bağlı suala cavab verən Şiaminq vurğulayıb ki, Pekin ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün mümkün tədbirləri görmək hüququnu özündə saxlayır.
Diplomat bildirib ki, Tayvan məsələsi Çinin daxili işidir:
“Tayvan məsələsi diplomatik xarakter daşımır və xarici qüvvələrə aidiyyəti yoxdur, hərbi əməliyyat Pekin üçün qanuni variantdır”, - deyə Şiaminq qeyd edib.
Həmçinin əlavə edib ki, Çinin mübarizəsi Tayvandakı separatçı qüvvələrə qarşı yönəlib:
“Bizim mübarizəmiz Tayvandakı həmvətənlərimizə qarşı deyil, separatçılara və digər kənar qüvvələrə qarşı yönəlib, çünki onların hərəkətləri Çin konstitusiyasını pozur. Ona görə də biz bu hərəkətlərə qanun çərçivəsində cavab verəcək, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik”.