Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
12 saat əvvəlTrampdan Qəzza ilə bağlı müəmmalı açıqlama: İsrailin nə edəcəyinə əmin deyiləm
15 Fevral 2025 13:30 | Baxış sayı: 467
“Sabah Qəzza ilə bağlı sərt mövqe sərgiləyəcəyəm. İsrailin nə edəcəyindən əmin deyiləm".
AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mediaya açıqlamasında deyib.
HƏMAS-ın israilli məhbusları azad edəcəyini açıqlamasına baxmayaraq Trampın belə bir mövqe sərgiləməsi diqqət çəkib.
O, həmçinin Avropa ilə bağlı da açıqlamalar verib. İddia edib ki, Avropa fikir azadlığını itirməyə başlayıb. Tramp Avropanın immiqrasiya problemi ilə üzləşdiyini də bəyan edib.
ABŞ prezidenti daha əvvəl də qeyd etdiyi kimi, bir daha vurğulayıb ki, BRICS valyutası dollara rəqib olarsa, bütün BRICS üzvləri gömrük rüsumları ilə üzləşəcək.//publika.az