29 Aprel 2025
Tanınmış aparıcının qızı bağçada xəsarət alaraq ÖLDÜ - FOTO

Tanınmış aparıcının qızı bağçada xəsarət alaraq ÖLDÜ - FOTO

Tanınmış aparıcının qızı bağçada xəsarət alaraq ÖLDÜ - FOTO

27 Sentyabr 2024 10:21 | Baxış sayı: 445

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

AJMEDİA.İNFO-nun məlumatına görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb.


O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)