May ayının ən şanslı 5 BÜRCÜ - Çoxlu pul gələcək
7 dəqiqə əvvəlSəudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq
20 Mart 2023 14:00 | Baxış sayı: 766
Səudiyyə Ərəbistanı Ramazan ayından sonra Suriyanın paytaxtı Dəməşq şəhərində konsulluq açacaq.
Diplomatik nümayəndəlik 12 il əvvəl bağlanmışdı.
Rusiya bu məsələdə Suriya və Səudiyyə Ərəbistanı arasında vasitəçilik edib. Nəticədə konsulluğun fəaliyyətini bərpa etməsi barədə qərar verilib.
Bundan əvvəl rəsmi Moskva eyni məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Suriya arasında vasitəçilik edib. Danışıqlar müsbət nəticələnib və BƏƏ Dəməşqdə konsulluq açmağa razılıq verib.
Xatırladaq ki, Suriya rəhbəri Bəşşar Əsəd martın 19-da Prezident Mohammed bin-Zeid Al Nahyan ilə danışıqlar aparmaq üçün BƏƏ-də səfərdə olub.