Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
7 saat əvvəlRamazan bayramı ilə əlaqədar 2 460 məhbus əfv ediləcək
19 Aprel 2023 23:58 | Baxış sayı: 590
Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə müsəlmanların müqəddəs Ramazan ayının sona yaxınlaşması və Fitr bayramının yaxınlaşması münasibətilə 2 460 məhbusun əfv edilməsi və azadlığa buraxılması barədə göstəriş verib.
Bu barədə çərşənbə günü Əfqanıstan Ali Məhkəməsi məlumat yayıb.
“Möminlərin Ali Rəhbərinin göstərişi və Baş Hakimin istəyi ilə amnistiyaya əsasən ölkədəki həbsxanalardan 2 460 məhbus azadlığa buraxılır”, - məhkəmənin tvitter səhifəsində bildirilib.
Ali liderin fətvası ilə daha 471 məhbusun cəza müddəti azaldılıb.