29 Aprel 2025
Putinin Trampla telefon danışığı Aİ-ni TƏLAŞA SALDI

Putinin Trampla telefon danışığı Aİ-ni TƏLAŞA SALDI

Putinin Trampla telefon danışığı Aİ-ni TƏLAŞA SALDI

13 Fevral 2025 11:37 | Baxış sayı: 344

Avropalı rəsmilərin Putin və Tramp arasında baş tutan telefon danışığı barədə əvvəlcədən heç bir məlumatı olmayıb və bunun baş verməsindən şoka düşüblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Avropalılar narahatdırlar ki, Tramp Rusiya ilə Ukrayna məsələsi ilə bağlı onlara təsir etmək fürsəti yaranmadan əvvəl Moskvayla razılaşma əldə edə bilər.

Agentlik qeyd edir ki, Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları bir çox Aİ rəsmiləri arasında bu narahatlığı artırıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub. Təxminən 1,5 saat davam edən söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.