Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41"Fələstin İsrail torpağıdır" İsrailin xarici işlər naziri Gideon Saar
15 Fevral 2025 11:00 | Baxış sayı: 480
İsrailin xarici işlər naziri Gideon Saar Münxen Təhlükəsizlik Konfransında Fələstinə qarşı qalmaqallı açıqlama verib.
AJMEDİA.İNFO xəbər verir ki, Saar İsrailin Qəzzada məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu bildirib.
“Geri gətirdiyimiz hər bir məhbus bizi bu məqsədə çatmağa daha da yaxınlaşdırır”, - deyə o qeyd edib.
Nazir, həmçinin fələstinli müxbirinin sualına qalmaqallı cavab verib: "Bizim təxribat yolundan əsla vaz keçməyən bir düşmənimiz var. Fələstin dediyin yer İsrail ərazisidir".
Bu açıqlamalar müzakirələrə səbəb olub.//publika.az