Pakistanlılar Hindistanı tərk etdilər - SƏBƏB
9 dəqiqə əvvəlƏgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”
01 İyul 2024 17:19 | Baxış sayı: 640
Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir.
“Qərb Qafqazda sülhü təşviq etməkdə davam etmək istəyirsə, o, həm də Ermənistana təzyiq göstərməlidir ki, sonuncu Moskva və Tehranla münasibətləri yenidən nəzərdən keçirsin. Əgər Ermənistan Azərbaycanla barışsa, blokadada olan və dənizə çıxışı olmayan ölkə kimi ehtiyaclarını ödəmək üçün daha İrana arxalanmağa ehtiyac qalmayacaq. Habelə Ermənistanın Rusiyadan uzaqlaşması iki Qafqaz ölkəsi arasında sülhün bərqərar olması ehtimalını artıran amildir, belə ki, Qafqazda təsirini qorumağa çalışan ruslar münaqişənin davam etdirilməsində maraqlı olublar. Amma Azərbaycanın bütün Qarabağı azad etməsi və indi Ermənistanın sülhə doğru istiqamətlənməsi ilə yaranan yeni reallıq Moskvanın Qafqazdakı təsirini zəiflədir ki, bu da Qərbin maraqlarına cavab verir”, - deyə məqalədə bildirilib.