Saatlıq əməkhaqqı necə tənzimlənəcək? - AÇIQLAMA
14 dəqiqə əvvəlCavid Qurbanovun oğlunun yerinə TƏYİNAT
16 May 2024 08:54 | Baxış sayı: 530
Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis müavini təyin edilib.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, qeyd olunan idarənin rəis müavini vəzifəsi Əhmədov Rövşən Şirindil oğluna həvalə edilib.
Qeyd edək ki, R.Əhmədovdan əvvəl sözügedən idarənin rəis müavini rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli idi. Ş.Şəmşirli bu yaxınlarda öz ərizəsi ilə vəzifəsindən azad edilib.