6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR
9 dəqiqə əvvəlBakıda taksi sürücüsü qadına qarşı ƏXLAQSIZLIQ ETDİ - ƏTRAFLI
20 Aprel 2023 13:00 | Baxış sayı: 509
Bakıda taksi sürücüsü qadına qarşı əxlaqsızlıq edib.
AJMEDİA.İNFO xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik müəyyən edilməmiş taksi sürücüsü onun avtomobilinə minmiş qəsəbədən olan bir qadına (G.Ə.) qarşı seksual xarakterli hərəkətlər edib.
Sürücü ilə dalaşan qadın onun əlindən qaçaraq polisə üz tutub. Qadının şikayət əsasında Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində araşdırmalara başlanılıb.
Hazırda polis qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsünü axtarır.