29 Aprel 2025
Azərbaycan elektrik enerjisini Rusiyaya 6, Gürcüstana isə 8,7 qəpiyə satır

Azərbaycan elektrik enerjisini Rusiyaya 6, Gürcüstana isə 8,7 qəpiyə satır

Azərbaycan elektrik enerjisini Rusiyaya 6, Gürcüstana isə 8,7 qəpiyə satır

17 Sentyabr 2024 17:31 | Baxış sayı: 510

Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 941 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.

Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

- Gürcüstan - 8,7 qəpik (437 milyon kVt/saat);

- Türkiyə - 10,8 qəpik (420 milyon kVt/saat);

- Rusiya - 6 qəpik (63,6 milyon kVt/saat);

- İran - 4,8 qəpik (20,6 milyon kVt/saat).

Onu da bildirək ki, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.