29 Aprel 2024
Ziya Məmmədovdan nəvəsi üçün XÜSUSİ yığılan "unitaz"lı maşın xəbərinə REAKSİYA - VİDEO

Ziya Məmmədovdan nəvəsi üçün XÜSUSİ yığılan "unitaz"lı maşın xəbərinə REAKSİYA - VİDEO

20 Aprel 2022
Baxış: 545

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adını daşıyan nəvəsi üçün bahalı "Mercedes Viano” markalı maşın alınaraq, Türkiyədə daha lüks yığdırılıb, komfortlaşdırılıb. Hətta içində "unitaz"ı olan lüks maşında nəvə Ziyanın görüntüləri tanınmış türk iş adamı Erbakan Malkoç tərəfindən "Instagram"da paylaşılıb.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb:

"Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla".

Görüntüləri sosial mediada paylaşan Erbakan Malkoç qeyd edib ki, maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq avtomobili bəyəndiyini deyib.


Erbakan Malkoç "Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.


Onu da qeyd edək ki, Ziya Anar Məmmədovun oğludur. O, sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.