Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şə...
4 dəqiqə əvvəl"Hizbullah" dəstələri İsrailin sərhəd yaşayış məntəqələrini ATƏŞƏ TUTUB
29 Aprel 2024
Baxış: 446
“Hizbullah"ın silahlı birləşmələri İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemlərindən atəşə tutub.
AJMEDİA.İNFO “Janoubia” xəbər portalına istinadən xəbər verir ki, radikal hərəkatın döyüşçüləri İsrail ərazisinə sutka ərzində azı 40 raket atıblar.
Raketlərin əksəriyyətinin İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu Yuxarı Qalileydə hava hücumu sirenləri səslənib. Şahidlərin sözlərinə görə, bəzi yerlərdə raketlər hədəfə düşən zaman partlayış səsləri eşidilib.
Kfar-Shuba və Şebaa bölgələrində də İsrail ordusunun mövqelərinə atəş açılıb.