30 Aprel 2024
Zelensky Kiyevdə Babiy Yar Holokost memorialının inşasına dəstək verdi

Zelensky Kiyevdə Babiy Yar Holokost memorialının inşasına dəstək verdi

29 İyul 2020
Baxış: 1451

Babi Yar Holokost Xatirə Mərkəzindən verilən məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenskiy, Babi Yar Holokost Memorial Fondunun Müşahidə Şurasının üzvləri ilə video konfrans keçirdib.

Vladimir Zelenskiy, Ukraynadakı Holokost qurbanlarının xatirəsinə ehtiram göstərməyin vacibliyinə diqqət çəkib və belə bir memorialın yaradılmasını dəstəkləyib “Bir çox ukraynalılar millətlər arasında saleh ada sahibdirlər. Bunlar Holokost zamanı yəhudiləri çox vaxt öz canları bahasına qurtaran ukraynalılardır. Xatirə abidəsinin yaradılması ölkəmiz üçün çox vacibdir. Tarixində çox faciəli hadisələr olub. Ancaq biz onları xatırlamalı, gələcək nəsillərə söyləməliyik. Belə anlar Ukrayna tarixində olmalıdır. Bunlar hekayələrimizdə, yaddaşımızda, kitablarımızdadır. Çox istəyirəm ki, bu layihə gerçəkləşsin və sizinlə birlikdə tarix yaratdıq "deyə Vladimir Zelensky söyləyib.