29 Aprel 2024
Zelenski Ukraynadan təxliyədən belə İMTİNA EDİB - Arestoviç AÇIQLADI + VİDEO

Zelenski Ukraynadan təxliyədən belə İMTİNA EDİB - Arestoviç AÇIQLADI + VİDEO

16 Mart 2022
Baxış: 438

“Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibənin ilk günlərində ölkədən təxliyə təklif olunsa da, o, qətiyyətlə bundan imtina etdi. Ölkə başçısını zəif hesab edənlər tamamilə yanıldılar”.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, bunu Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç tanınmış jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“İlk günlərdə həm Qərb tərəfdaşlarının, həm də öz mühafizəçilərinin təkidinə baxmayaraq, o, evakuasiyadan imtina etdi. Çünki Qostomeldə desant olanda bizdə tam dəqiq məlumat var idi ki, növbəti desant Peçorskda olacaq. O isə dedi: “Mən əlimə avtomat alıb döyüşəcəm, problem nədədir ki?” – deyə Arestoviç baş verənləri danışıb.

Müşavir əlavə edib ki, çoxları dövlət başçısını təmkininə və cəsarətinə görə tərifləyirlər:

“İlk 48 saat ərzində, artıq Kiyevdə döyüşlər gedəndə, heç kim bunun necə qurtaracağı, bu diversantların haradan çıxacağını bilmirdi. Prezident Ofisinin yaxınlığında iki dəfə atışma olub. O (prezident – red.) isə: “Evakuasiya mövzusunu bağlayın. Mən heç vaxt getməyəcəyəm, lap 10 desant gəlsin, lap Prezident Ofisi raketlərlə vurulsun”, – deyə qətiyyətlə bildirdi”.