29 Aprel 2024
Yük maşını ilə avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

Yük maşını ilə avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

03 Sentyabr 2021
Baxış: 752

Meksikanın şimalındakı Sonora ştatının Sonoyta-San-Luis-Rio-Kolorado magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

AJMEDİA.info xəbər verir ki, bu barədə regionun prokurorluğu tvitterdəki hesabında bildirib.

Məlumata görə, qəza zamanı 16 nəfər həlak olub, 20-dən çox insan müxtəlif xəsarətlər alıb.

"Hazırda 22 nəfərin xəsarət alması məlumdur, onlardan 6-sı ağır vəziyyətdədir və 16 nəfər həlak olub. Xilasedici əməliyyat davam edir”, - paylaşımda deyilir.

Faciənin mümkün səbəbləri haqqında məlumatlar verilmir.

Prokurorluğun əməkdaşları avtomobil qəzasının başvermə şəraitini araşdırmağa başlayıb.