29 Aprel 2024
Yerevanda Holokost qurbanlarının abidəsini təhqir edən şəxs saxlanılıb

Yerevanda Holokost qurbanlarının abidəsini təhqir edən şəxs saxlanılıb

17 Fevral 2021
Baxış: 1888

Ermənistan polisi 12 fevralda Yerevanın mərkəzində ucaldılmış Holokost və erməni soyqırımı qurbanlarının abidəsini təhqir edən 36 yaşlı şəxsi saxlayıb.

O, hadisəni törətdiyini etiraf edib. Polisin mətbuat xidməti xəbər verib ki, "vandalizm" maddəsi ilə cinayət işi başlanıb.

Abidə keçən cümə qırmızı boya ilə təhqir edici sözlərlə boyanmışdır. Bundan əlavə, üzərində hərbi məhsulların adları, xüsusən də Azərbaycanın ötən ilin payızında Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi pilotsuz təyyarələrin adları ilə yazılar yazılmışdır.

Eyni zamanda, Yerevanda İsrail və Ermənistan arasında dostluq əlaməti olaraq ucaldılmış və qırmızı boya ilə rənglənmiş abidənin fotosu ötən çərşənbə axşamı sosial şəbəkələrdə yayılmışdır.

Bundan əvvəl İrəvan İsrailin Azərbaycana silah tədarükünü dayandırmasını tələb etmişdir. Keçən ilin oktyabrın 1-də Ermənistan səfirini İsraildən məsləhətləşmələr üçün geri çağrmışdır. Onun hələdə bu günümüzə kimi İsrailə geri qayıtmaması bildirilir.