29 Aprel 2024
Yeni Zelandiya sahillərində zəlzələ olub

Yeni Zelandiya sahillərində zəlzələ olub

25 May 2020
Baxış: 441

Yeni Zelandiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

AJM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 23.53-də qeydə alınıb. Zəlzələnin episentri Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 94 km şimalda, ocağı isə 60 km dərinlikdə yerləşib.