29 Aprel 2024
Yeni il qabağı hökumətdən əhalini sevindirəcək xəbər - Bu tarixədək PULLAR VERİLƏCƏK

Yeni il qabağı hökumətdən əhalini sevindirəcək xəbər - Bu tarixədək PULLAR VERİLƏCƏK

21 Dekabr 2022
Baxış: 373

Dekabrın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Bu barədə AJMEDİA.İNFO Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən etibarən bütün növ pensiyalarda, müavinat və təqaüdlərdə artım olacağı ilə bağlı qərar qəbul olunub.

Yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.

Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.

Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.